Rusiyalı iqtisadçı bu bəlalardan ən böyüyünün işsizlik olduğunu açıqlayıb
30-01-2012 / 18:59
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Qloballaşma və Sosial Hərəkatlar İnstitutunun (QSHİ) İqtisadi Araşdırmalar Mərkəzinin mütəxəssislərinin fikrincə, 2012-ci ildə Fransada iqtisadi vəziyyətin pisləşməsi davam edəcək və bu ölkədə işsizlik artacaq, həyat səviyyəsi isə aşağı düşəcək.
Onların sözlərinə görə, cari ildə Fransada büdcə kəsiri və iqtisadiyyatda durğunluq kəskinləşəcək. Sözügedən ölkənin üzləşdiyi çətinliklər Avropada maliyyə sabitliyini pozan mühüm amilə çevriləcək.
"Fransa iqtisadiyyatı getdikcə zəifləyir. İşsizlik və dövlət borcu artır", - deyə söyləyən Boris Kaqarlitski, artıq bu ölkədə büdcə problemlərinin daha kəskin hiss olunduğunu vurğulayır.
Xatırladaq ki, “Standard & Poor’s” agentliyi yanvar ayında Fransanın reytinqini azaldıb və ona mənfi proqnoz verib. İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşovun fikrincə, “dövlət istiqrazları üzrə faiz dərəcələri artacaq. Pensiya yaşının artırılaraq 60-dan 62-yə çatdırılması, dolayı vergilərin artırılması, sosial xərclərin azaldılması və dövlət qulluqçularının işdən azad edilməsi kimi tədbirlər də vəziyyəti xilas etməyəcək. 2012-ci ildə Fransada iqtisadi vəziyyət pisləşəcək. Bu isə ümumilikdə avrozonada vəziyyəti çətinləşdirəcək, çünki Fransa Avropa İttifaqında Almaniyadan sonra iqtisadiyyatın həcminə görə ikinci yeri tutur."
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.