YAXIN VAXTLARDA ŞAGİRDLƏRƏ EVDƏ İNTERNETDƏN İSTİFADƏ ÜÇÜN PULSUZ MODEM PAYLANACAQ
Amma internet pulunu özləri ödəyəcəklər
30-01-2012 / 18:45
Azərbaycanda şagirdlərin evdə filterasiyalı internetdən istifadəsi layihəsinin yaxın vaxtlarda reallaşacağı bildirilir. Bu barədə FaktXeber.com-a Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən açıqlama verilib. Açıqlamada bildirilir ki, sistemin test yoxlaması sona çatıb və yaxın vaxtlarda Azərbaycanın bəzi orta məktəblərində təhsil alan şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi üçün onlara pulsuz modem paylanacaq.
Bu modem Azərbaycan Təhsil Nazirliyi və "İntel" korporasiyasının birgə təşəbbüsü olan "1 şagird - 1 kompüter" layihəsində iştirak edən və pulsuz olaraq netbukla təmin olunan şagirdlərə veriləcək. İndiyədək bu layihə çərçivəsində şagirdlərə 2000 netbuk paylanıb.
Şagirdlər onlara verilmiş modemlərin köməyi ilə evdə Azərbaycan təhsil şəbəkəsinə daxil olaraq filterasiyalı internetdən istifadə edə biləcəklər. Şagirdlər evdə bu modem vasitəsilə istifadə etdikləri internetin haqqını özləri ödəyəcək.
Filterasiyalı internetdən digər məktəblilər də istifadə edə biləcəklər. Ancaq bunun üçün həmin şagirdlər modemi öz vəsaitləri hesabına almalıdırlar.
Qeyd edək ki, filtirasiyalı internetdən istifadə edəcək şagirdlər məktəbdə porno, terror, dini təşviqatlar aparan saytlara daxil ola bilmirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.