ƏRDƏBİLİN İMAM CÜMƏSİ AZƏRBAYCANDA KEÇİRİLƏCƏK AVROVİZİYA YARIŞMASINDAN DANIŞIB
Azərbaycan hökumətinin bu addımı Allah və Peyğəmbərlə (s) düşmənçilik və Quranı ayaq altda qoymaqdır
30-01-2012 / 18:27
FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, Ərdəbilin imam cüməsi Seyid Həsən Amili son cümə xütbəsində Avroviziya müsabiqəsinin Azərbaycan Respublikasında keçirilməsinə və gələn aydan başlayaraq avropalı homoseksualların Bakı küçələrində yarıçılpaq və qeyri-münasib paltarlarda geyparad keçirməsinə işarə edərək bildirib ki, "İslam Peyğəmbəri (s) bu dəstəni lənətləmişdir. Bu dəstədən də pis onların çirkin və Lut qövmünün əməli olan işlərini həyata keçirməsi üçün vasitə və şərait yaradan kəsləri lənətləyibdir. Azərbaycan hökumətinin bu addımı Allah və Peyğəmbərlə (s) düşmənçilik və Quranı ayaq altda qoymaqdır. Mən, bu addım münasibətilə Azərbaycan xalqına başsağlığı verirəm".
O, Azərbaycan Respublikası prezidentinin həyat yoldaşı Mehriban Əliyevanın amerikalı keşişin keçən il Quranı yandırmasını pisləməsinə işarə edərək, ona (Mehriban Əliyevaya - red.) təşəkkürünü bildirib: "Deməli, hər bir müsəlmanın dünyanın harasında yaşamasından asılı olmayaraq, anti-İslam hərəkətləri pisləməyə haqqı vardır və bu başqa ölkənin işlərində dəxalət etmək deyil. Ona görə mənim də Azərbaycanda Quran ayələrinin tapdalanmasına etirazımı bildirməyə haqqım vardır. Bu başqa ölkənin işlərinə dəxalət adlanmır. Biz bu ölkənin və onun müsəlman xalqının xeyrini istəyənlərik və xeyirxahlıq üzündən bu məsələləri deyirik.
Azərbaycan Respublikası bu müsabiqəni keçirməyə indiyə kimi milyardlarla dollar xərcləmiş və hələ də xərcləməkdədir. Bu müsabiqənin daha da yüksək səviyyədə keçirilməsi üçün ticarətçilərdən tutmuş məktəb şagrdlərinə qədər hamıdan yardım toplanır. Dövlət əgər bu xərci Qarabğın azadlığı yolunda xərcləsəydi məsələnin gedişində artıq çoxlu problemləri həll etmiş olardı, bəlkə də artıq bunu həll etmişdi".
O əlavə olaraq bildirib ki, Avropa Avroviziya müsabiqəsinin Azərbaycanda keçirilməsi üçün təzyiqlər edir: "Avropa müsabiqənin keçirilməsi üçün İtliyanı alternativ məkan kimi seçib ki, Azərbaycana daha artıq təzyiq etsin, cinsi azadlıq, edamın ləğvi, homoseksuallıq və s. kimi istəklərin yüksək səviyyədə və rahatlıqla həyata keçməsini bu ölkəyə yeridə bilsin. Azərbaycan hökuməti bu müsabiqənin Bakıda keçirilməsinin baş tutmamasından qorxaraq hər bir zillətə razı olur. Bu üzdən də görürsüz ki, Fransada erməni soyqırımını inkar edənlərin cəzalandırılması qanununun qəbul etməsi qarşısında susdu və bu barədə azacıq da olsa belə rəsmi reaksiya vermir."
Azerbaycan Fransada erməni soyqırımını inkar edənlərin cəzalandırılması qanununa qarshi resmi etirazini choxdan bildirib...
#FFFFFF">
Mehriban
30-01-2012, 18:27
#FFFFFF">
Azəri və müsəlman olan hər kəs öz etirazını bildirməkdən çəkinməməlidir.Allah-taala Qurani-kərimdə buyurur:İnsanlardan qorxmayın Məndən qorxun.Qeyrət və namus sahibi olan hər bir kəs bu əirkinliklərə necə bacarırsa etiraz etməlidir.Yoxsa Allah onları düçar edəcəyi əzabda bizi də yandırıb yaxar!
#FFFFFF">
Aqşin Hüseyn
30-01-2012, 18:27
#FFFFFF">
Azərbaycan Dövləti tərəfdən Fransaya soyqırım ilə bağlı rəsmi etiraz olunmayıb. Bəlkə gizliolub və sizin bu haqda məlumatınız var. Hər halda Fransa səfirliyinə bu haqda rəsmi sənəd daxil olmayıb.
#FFFFFF">
Ebuzer Bakuvi
31-01-2012, 18:27
#FFFFFF">
Men ne deyim bele millete(dovlete) ki.cavan qizlarinin Avropalilarin qabaginda yaricilpaq olmagiyla fexr edir.Men ne deyim bele millete(dovlete) ki.uzdeniraqlari evinde qarsilamaqla fexr edir
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.