Onların İraqda törədilən terror aktlarında iştirakı sübuta yetirilib
30-01-2012 / 18:02
FaktXeber.com-un İraqın “Əs-səbah” qəzetinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı krallıq ailəsinə mənsub olan 3 terrorçuya ölüm hökmü çıxarılıb. Bunu sözügedən qəzetə İraq Parlamentinin nümayəndəsi xanım Kumeylə Musəvi bildirib. O, deyib: “İraqda terrorçuluqda ittiham olunaraq barəsində ölüm hökmü çıxarılanların arasında bir neçə Ərəbistan vətəndaşı da var. Araşdırmalar nəticəsində bəlli oldu ki, onlardan 3-ü Ərəbistan şahzadəsidir.” Xanım Kumeylə həmçinin Ərəbistan hökümətinin məsələ ilə əlaqədar səylərini artırmasına işarə edərək vurğulayıb: “Hal hazırda Ərəbistan höküməti bu terrorçuların geri qaytarılması üçün ciddi səylər göstərir. Onlar İraq hökümətinə bir neçə dəfə bununla bağlı məxfi məktub ünvanlayıblar”.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.