Paytaxt Moskvanın Remanki rayonunda "bərkgedən" adlandırılan nömrələrin ovuna başlanıb
30-01-2012 / 17:41
FaktXeber.com-un Rusiya mediasına istinadən verdiyi məlumata görə, paytaxt Moskvanın Remanki rayonunda "bərkgedən" adlandırılan nömrələrin ovuna başlanıb. Bir gecə ərzində 20 avtomobilin nömrəsi oğurlanıb. Polisin verdiyi məlumata görə, oğurlanan bütün dövlət nömrə nişanları "yaraşıqlı" adlandırılanlara aiddir. Belə ki, cinayətkarları cəlb edən nişanlar 3 üçlük, 3 beşlik, 3 altılıq və bu sıradan olanlardır. Həmçinin xarici dövlət nömrə nişanları da oğurlanıb. Bu cinayətə qurban gedənlər Litva və Çex vətəndaşları olublar.
Operativ əməliyyat tədbirləri nəticəsində oğurlanmış nömrələrdən bəziləri yaxın ərazilərdə tapılıb.
Polis hələlik hadisəsinin hansı səbəbdən baş verdiyini, nəyə görə bu qədər nömrənin oğurlandığını və sonradan atıldığını müəyyənləşdirə bilməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.