"TÜRKİYƏ QARABAĞ PROBLEMİNİN HƏLLİNİ İSTƏYİRSƏ, PROSESDƏN UZAQ DURSUN"
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə əleyhinə açıqlama verib
30-01-2012 / 17:26
FaktXeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, əgər Türkiyə həqiqətən Qarabağ münaqişəsinin həllinə yartdımçı olmaq istəyirsə, o zaman mümkün qədər bu məsələyə qarışmasın.
Nalbandyan, ölkədə nəşr edən "Ermənistan", "Erməni Xəbər", "Mərkəz" və "Erməni Xalqı" televiziyaları nümayəndələrinə verdiyi müsahibədə müxtəlif sualları cavablandırarkən, "Türkiyə həqiqətən də Qarabağ nizamlanmasına yardım etmək istəyirsə, bacardığı qədər bu prosesdən uzaq olsun.", - deyə bildirib.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, Ermənistanın işğalı etdiyi Dağlıq Qarabağ ilə əlaqədar problemin sülh yolu ilə həllində vasitəçilik edən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupu həmsədrlərindən biri olan Fransanın bu missiadan əl çəkməsini istəmişdi.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə, Davutoğlunun bu açıqlamalarını "ultimatom" kimi xarakterizə edib.
Nalbandyan, Fransada qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin qəbul edilməsi ilə bağlı da mövqeyini bildirib: ''Senat tərəfindən təsdiq edilən qanunun konkret bir ölkəni hədəfə almır".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.