İRAN NEFT NAZİRİ BƏZİ ÖLKƏLƏRƏ NEFT SANKSİYASI TƏTBİQ EDƏCƏKLƏRİNİ BİLDİRDİ
Bu sanksiyaların Avropa ölkələrinə qarşı tətbiq olunacağı gözlənilir
30-01-2012 / 17:17
FaktXeber.com-un İran mediasına istinadən verdiyi məlumata görə, İranın neft naziri Rüstəm Qasimi jurnalistlərə verdiyi müsahibədə bu ölkənin Avropaya neft ixracının təkcə 18 faiz olduğunu açıqlayaraq bildirib ki, Avropanın İrana qarşı tətbiq etmək istədiyi sanksiyalar avropa insanına zülm etmək deməkdir. O, deyib: “Avropanın sanksiyaları İran üçün hər hansı bir çətinlik yaratmayacaq. Biz Avropaya ixrac etdiyimiz neftimiz üçün yeni bazarlar tapmışıq. Belə bir sanksiyalar yalnız onların özlərinə ziyan edəcək. Yaxında bir sıra ölkələrə ixrac etdiyimiz nefti dayandıracağıq”. İran Parlamentinin enerji məsələri üzrə komissiyasının üzvü İmad Hüseyni də İranın Avropa ölkələrinə ixrac etdiyi neftin dayandırılması ilə bağlı parlamentdə müzakirələrin aparıldığını qeyd edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.