Tənqidə dözməyən hakim qəzəblənərək yanında duran oyunçudan beysbol ağacını alır və yeniyertmənin başından vurur
30-01-2012 / 15:47
Faktxeber.com-un verdiyi məlumata görə, Banqladeşdən olan münsif iki yerli komandanın oyununa hakimlik edərkən, təsadüfən tamaşaçını öldürüb.
Şahidlərin sözlərinə görə, oyun zamanı 15 yaşlı Nazrul İslam oyun sahəsinə girib. O arbitrə yaxınlaşaraq, onun verdiyi qərar barədə mübahisə etməyə başlayır. Mübahisə teliklə təhqirə çevrilir. Nəticədə hakim qəzəblənərək yanında duran oyunçudan beysbol ağacını alaraq yeniyertmənin başından vurur.
Azarkeş əvvəlcə yıxılır. Sonra isə ayağa durur və evinə gedir. Lakin evdə halı pisləşir və gecə xəstəxanada beyninə qan sızmasından vəfat edir.
Hadisə ilə əlaqədar polis istintaqa başlayaraq arbitri çağırıb.
Hakim isə artıq naməlum istiqamətdə yoxa çıxaraq, gizlənməyə çalışır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.