"Layt" ucuzlaşıb, "Brent" və "AzəriLayt" isə bahalaşıb
30-01-2012 / 15:32
FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 14 sent ucuzlaşaraq 99,56 dollar olub. Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda isə “Brent” markalı neftin bir barrelinin qiyməti 67 sent bahalaşaraq 111,46 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 84 sent artaraq 114,65 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.