Hadisə nəticəsində azı 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb
30-01-2012 / 15:21
Faktxeber.com-un verdiyi məlumata görə, Meksikanın Çiuaua ştatında həbsxanada kütləvi iğtişaşlarda azı 4 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
Yerli KİV hadisəni bund və mühafizəçilərə hücumdan yazsalar da, rəsmə mənbələr bir-birinə rəqib narkokartellər arasında baş verən iğtişaş kimi xarakterizə edibləp.
Qeyd edək ki, hadisənin baş verdiyi Akiles Serdane həbsxanasının adı kriminal xronikada ilk dəfə hallanmır. Sentyabr ayında polislərin keçirdiyi basqın zamanı məhbuslardan 24 ədəd odlu silah, 5 tüfəng və iki pistolet, pulemyot, həmçinin 800 doza marixuana, kokain və heroin müsadirə olunmuşdu.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.