Yüzlərlə avtomobil ağ bant taxaraq Putinə etiraz ediblər
30-01-2012 / 15:13
FaktXeber.com-un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın paytaxtı Moskvada yüzlərlə maşın ağ bant, bayraq və şarla bəzədilərək baş nazir Vladimir Putinin 4 martda keçiriləcək prezident seçkiləri vasitəsiylə yenidən Kremlə dönməsinə etiraz ediblər.
"Təmiz seçki naminə" kampaniyasına qatılanlar küçələrə çıxaraq sürücüləri aksiyaya qatılmağa təşviq ediblər.
Vətəndaşlardan 4 fevralda keçiriləcək iqtidar əleyhinə aksiyalara qatılmalarını da istəyən könüllülər, "Azadlıq", "Botoksa son" və "Təmiz seçki naminə" yazılmış bant və əşyaları sürücülərə paylayıblar.
Avtomobillərin üstünə bağladığı afişaya "Sarı qurdlar, oğurladığınız səsləri geri verin" yazmış vətəndaş, 4 dekabr seçkilərində saxtakarlıq olduğunu bildirir.
Polis orqanları nümayişə 300 nəfərin qatıldığını söyləyib. Facebookda isə nümayişə 2200 adamın qatıldığı bildirilir. Təşkilatçılara görə isə mənfi 15 dərəcə soyuğa baxmayaraq, 3 mindən artıq sürücü aksiyada iştirak edib.
İnternetdə fəal olan sürücülər isə 19 fevralda ölkə boyu aksiya planlaşdırırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.