ƏFQANISTANDA MİLLİ BARIŞIQ ŞURASININ ÜZVÜ OĞURLANIB
Bununla belə, Nuristan əyalətində taliblər ötən həftə girov götürdükləri 18 polisi azad ediblər
30-01-2012 / 14:10
Faktxeber.com-un verdiyi məlumata görə, Əfqanıstanda Milli Barışıq Şurasının üzvü oğurlanıb. Şəfiulla Şafi cümə günü oğurlansa da, bu barədə rəsmən dünən açıqlanıb.
Qeyd edək ki, Ş.Şafi - Milli Barışınq Şurasının nüfuzlu üzvalərindən biridir.
Şura prezident Həmid Kərzai tərəfindən «Taliban» hərəkatı ilə əlaqə yaratmaq üçün yaradılıb.
Bununla belə, Nuristan əyalətində taliblər ötən həftə girov götürdükləri 18 polisi azad ediblər. Məlumata görə, onlar yerli tayfa rəhbərlərindən birinin bu qruplaşmaya müraciətindən sonra buraxılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.