AZƏRBAYCAN LİBERAL DEMOKRAT PARTİYASININ 13 YAŞI TAMAM OLDU
30-01-2012 / 13:57
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin rəhbərliyi ilə Rəyasət Heyətinin və Sədr Aparatının partiyanın 13 illiyinə həsr olunmuş birgə iclası keçirilb.
ALDP mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, ALDP-nin ilk sədri Zakir Məmmədovun xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər bildiriblər ki, bu 13 il ərzində partiya yaxşı nailiyətlər əldə edib.
Baxmayaraq ki, yaranan gündən müstəqil fəaliyyətə üstünlük verən ALDP həmişə müxalifət qüvvələrin birliyini arzulayıb. Və bu gün ALDP müxalifət partiyalarını birləşdirən ən böyük və güclü olan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) üzvüdir.
“Bu 13 il ərzində partiyanı tərk edənlər də olub, amma buna baxmayaraq partiya yeni rayon təşkilatları təsis edib və yeni üzvlər qəbul olunub. Partiyanın beynəlxalq əlaqələri inkişaf etməkdədir. Ölkədə keçirilən bütün seçkilərdə iştirak etmişik. Bu seçkilərdə qarşımıza qoyduğumuz məqsədlərə çatmasaq da seçki təcrübəmizi zənginləşdirmişik. Partiyamızın inkişafına bəzi qüvvələr tərəfindən maneələrə baxmayaraq biz tutduğumuz yoldan dönməmişik” - deyə ALDP sədri Fuad Əliyev qeyd edib.
İclasın sonunda 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq işlərinin başlanması tövsiyə olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.