1950-ci illərin ab-havası yaradılacaq "Keçmişin kəndi" 20 milyon avro dəyərində qiymətləndirilir
30-01-2012 / 13:40
Faktxeber.com-un verdiyi məlumata görə, İsveçrə alimləri Alzeymer xəstəliyindən əziyyət çəkən yaşlı adamların həyatlarını yüngülləşdirmək üçün yeni üsul tapıblar.
Yaddaşlarını qismən itirən bu qocalar üçün xüsusi kənd tikiləcək. Bu yerdə 1950-ci illərin, yəni onların hələ gənc və güclü olduqları vaxtın ab-havası yaradılacaq.
İndini xatırlamayan, lakin keçmişin hər anının dəqiq yadından saxlayan bu insanlara «qoruğun» kənarına çıxmaq yasaqlanacaq. Həkimlərin sözlərinə görə, heç bu insanların özləri də kənddə çıxmaq istəməyəcəklər.
Hələ ki, 150 nəfərin yaşayacağı kənddə komfortlu yaşayışı təmin eləmək üçün personala xidmət edəcək 500 nəfər müəyyən olunacaq. Onlar bağban, bərbər, ofisiant, poçtalyon və sair vəzifələri yerinə yetirəcəklər.
Həkimlər hesab edirlər ki, yaşlı insanlar belə şəraitdə özlərini təhlükəsizlikdə hiss edəcəklər və ömürlərinin qalan günlərini daha xoşbəxt yaşayacaqlar.
20 milyon avroya başa gələcək «Keçmişin kəndi» layihəsinin müəllifləri burada yaşayışın neçəyə olacağı barədə hələ ki, bir söz deməyiblər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.