Azərbaycanda magistral qaz kəmərində güclü partlayış olub
30-01-2012 / 13:36
FaktXeber.com verir ki, bu gün Azərbaycanda, Qazıməmməd-Qazax magistral qaz kəmərində güclü partlayış baş verib.
Partlayış təqribən 11:15 radələrində magistral qaz kəmərinin 118-ci kilometrliyində Göyçay rayonunun Qarayazı kəndi ərazisində olub. Partlayışdan sonra ərazidə güclü yanğın başlayıb.
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri Sahəsinin əməkdaşları, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 6 yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğınsöndürənlər alovların kəndə keçməməsinə çalışırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.