Türkiyənin Adana şəhərində 16 yaşlı gənc facebookda tanış olduğu qızın qohum-əqrabası tərəfindən döyülüb
30-01-2012 / 13:29
FaktXeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Adanada 16 yaşlı gənc sosial paylaşma şəbəkəsi facebookda tanış olduğu qızın qohum-əqrəbası tərəfindən döyülüb.
16 yaşlı gənc facebookda tanış olduğu adı açıqlanmayan 16 yaşlı bir qızla tanış olub. Dostluqlarını daha da səmimləşdirmək istəyən iki gənc görüşmək qərarı veriblər. Qız oğlanın görüş istəyini rədd edib. Dəliqanlı gənc isə qəzəblənərək qızı təhdid edib. Təhdid edilən qız vəziyyəti ailəsinə danışıb. Bundan sonra qızın qohumları, qızdan oğlanla görüşməsini istəyiblər. Görüş yerinə gələn gənc, qızın yanında başqalarının da olduğunu görüb, qaçmağa başlayıb. Amma onun qaçmağının faydası olmur. Qızın qohumları gənci yaxalayaraq yaxşıca döyüblər. Ağızı-burnu qan içində olan gənc ətrafdakıların köməyi ilə xilas edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.