Azərbaycan Ordusunun əsgəri avtomat silahdan açılan atəş nəticəsində ölüb
30-01-2012 / 12:53
Azərbaycan Ordusunun əsgəri ölüb. Hadisə Müdafiə Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
2011-ci ildə Gəncənin Kəpəz rayonundan həqiqi hərbi xidmətə çağırılan, 1991-ci il təvəllüdlü Rufin Vilayət oğlu Rəhimov əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlamasında faktı təsdiqləyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.