AMERİKADA VƏZİYYƏT BİR QƏDƏR DƏ GƏRGİNLƏŞİB: 300 NƏFƏR HƏBS OLUNUB
30-01-2012 / 12:53
Amerikada gəlir bərabərsizliyini hədəf alan və ötən ilin sentyabr ayından bu yana davam edən "Wall Streeti İşğal Et" hərəkatı dünən Kaliforniya ştatında ən böyük etiraz nümayişlərindən birini təşkil edib. Polislə nümayişçilər arasında qarşıdurma baş verib və 300-ə yaxın nümayişçi həbs olunub.
Oakland şəhərində dünən keçirilən etiraz aksiyası qısa müddət ərzində qarşıdurmaya çevrilib. Yüzlərlə "İşğal Hərəkatı" üzvü Bələdiyyə binasına girməyə cəhd göstərib və polis gözyaşardıcı qaz vasitəsiylə kütləyə müdaxilə edib. Nümayişçilər isə polisə daş və şüşə butılka ataraq cavab veriblər.
ABŞ-da noyabr ayından bu yana keçirilən ən böyük Wall Street əleyhdarı aksiyada polis etirazçıları dağıtmaq üçün güc istifadə etməkdən çəkinməyib.
Şahidlərin bildirdiyinə görə, sayları iki mindən artıq olan nümayişçilər gün boyunca Oakland küçələrində dəfələrlə polislə qarşıdurmaya giriblər.
Polis, Nyu York və Los Ancelesdən sonra böyük aksiyalarının keçirildiyi Oaklandada etirazçılara aid düşərgələri də dağıdıb.
Bələdiyyə binasına girməyə çalışan nümayişçilər ABŞ bayraqlarını da yandırıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.