BİR ƏSRDƏN SONRA YAPONİYA ƏHALİSİNİN CƏMİ 1/3-İ QALACAQ
Hesabatın müəlliflərinin sözlərinə görə demoqrafik vəziyyətin bu dərəcədə dramatik nəticə almasına səbəb Yaponiyadakı iqtisadi vəziyyətə görə gənclərin evlənmək və uşaq sahibi olmaqdan imtina etməsidir
30-01-2012 / 12:37
Yaxın yüz ildə Yaponiya əhalisinin 1/3-i qalacaq.
Faktxeber.com-un verdiyi məlumata görə, hökumətin yaydığı hesabatda əhalinin 127,7 milyondan 42,9 milyona düşəcəyi gözlənilir.
Sənəddə yaxın 50 ildə qadınların 90 yaşa, kişilərinki isə 84 yaşa kimi ömür sürəcəyi ehtimal olunur.
Qeyd edək ki, Yaponiya əhalisinin uzunömürlüyünə görə, dünyada ilk yerlərdən birini tutur.
Hesabatın müəlliflərinin sözlərinə görə demoqrafik vəziyyətin bu dərəcədə dramatik nəticə almasına səbəb Yaponiyadakı iqtisadi vəziyyətə görə gənclərin evlənmək və uşaq sahibi olmaqdan imtina etməsidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.