ALİ MƏHKƏMƏNİN SƏDRİNİ DƏSTƏKLƏYƏN MİNLƏRLƏ İNSAN MADRİDDƏ YÜRÜŞ EDİB
Nümayişçilər əllərində general Frankonun cinayətlərini pisləyən və hakim Qarsonu dəstəkləyən şüarlar tutaraq yürüş ediblər
30-01-2012 / 11:55
Faktxeber.com-un verdiyi məlumata görə, Madriddə minlərlə insan İspaniya Ali Məhkəməsinin sədri Baltazar Qarsonun dəstəkləyən marşda iştirak edib.
O, İspaniyala vətəndaş müharibəsi və ondan sonra general Frankonun diktaturası dövründə insan hüquqlarının pozuntusu ilə əlaqədar apardığı istintaqla amnistiya qanunlarını pozmaqda ittiham edilir.
Nümayişçilər əllərində general Frankonun cinayətlərini pisləyən və hakim Qarsonu dəstəkləyən şüarlar tutaraq yürüş ediblər.
Qeyd edək ki, generalın cinayət əməllərini araşdırmaq istəyən Qarson ümumiyyətlə səs-küylü məhkəmə prosesləri ilə məşhurdur.
Onu da demək yerinə düşər ki, Ali Məhkəmənin sədri 1998-ci ildə sabiq Çili diktatoru Avqusto Pinoçetin həbsi üçün order vermişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.