Avropa Birliyi, Avropa Mərkəz Bankı və Beynəlxalq Valyuta Fondu nümayəndələri Yunanıstana 130 milyard avro məbləğindəki ikinci yardım hissəsinin qarşılığında yunan silahlı qüvvələrində kütləvi tərxislərin aparılmasını təklif edib.
FaktXeber.com-un verdiyi məlumata görə, təkliflər Yunanıstanda şok təsiri yaradıb.
Məlumatda bildirilir ki, yeni kredit müqaviləsinin imzalanması üçün AB, Avropa Mərkəz Bankı və BVF Yunanıstanın baş nazir Lukas Papadimosdan, yunan silahlı qüvvələrində zirehli alaylar, zenit raket sistemləri və xüsusi xidmət orqanlarında müqavilə ilə işləyən əsgərlərin kütləvi şəkildə ordudan çıxarılmalarını istəyib. Hərb və polis məktəblərinə qəbul olunan tələbələrin sayının da azaldılmasını ehtiva edən təkliflər Yunanıstan Nazirlər Kabinetinə çatdırılıb. Bundan əlavə, iyun ayına qədər dövlətə aid 2-3 böyük şirkətin özələşdirilməsi, vergidən yayınmaların qarşısının alınması, müdafiə və səhiyyə sahələrindəki xərclərin azaldılması ilə bir çox dövlət idarəsinin birləşdirilməsi, mərhələli olaraq 2015-ci ilə qədər 150 min məmurun işdən çıxarılması da var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.