Qaçırılan işçilərin arasında çoxlu sayda çinli var
30-01-2012 / 11:00
FaktXeber.com-un verdiyi məlumata görə, Sudanın münaqişəli bölgəsi sayılan Cənubi Kordofanda inşaat işi ilə məşğul olan 70 nəfər terroristlər tərəfindən qaçırılıb. Bu barədə Sudan ordusu məlumat yayıb. Sudan ordu rəsmilərinin verdiyi məlumata görə, terroristlər tikinti aparılan binaya külli miqdarda ziyan vurublar. Hadisəni Sudanın cənubunda yerləşən Qurtuluş Ordusunun həyata keçirildiyi bildirilir. Hazırda hadisəni törədən qruplaşma xüsusi təhlükəsizlik qüvvələri tərəfindən izlənilir.
Çinin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, qaçırılan şəxslərdən 20 nəfəri Çin vətəndaşıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.