BU İLİN SENTYABRINDAN YENİ ALİ MƏKTƏB FƏALİYYƏTƏ BAŞLAYACAQ
30-01-2012 / 10:28
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən FaktXeber.com-a daxil olan məlumata görə, ötən il yaradılan və dövlət müəssisəsi statusunda olan Bakı Ali Neft Məktəbində ilk tələbələr bu ilin sentyabrından təhsil almağa başlayacaqlar. Məktəbdə tədris prosesi Azərbaycan və ingilis dillərində təşkil ediləcək. Ali məktəbin yaradılmasının məqsədi beynəlxalq standartlara uyğun ən müasir tədris planları və tədris texnologiyaları əsasında təhsil prosesini təşkil etməklə sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir. Bu məqsədlə dünyanın neft-qaz sahəsində aparıcı elm və təhsil mərkəzləri ilə sıx əlaqələrin yaradılması da nəzərdə tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.