FaktXeber.com-un verdiyi məlumata görə, bu gün səhər Yaponiyanın Hönsü adasının cənubunda 4,8 bal gücündə zəlzələ baş verib. Dağıntılar və həlak olanlar barədə məlumat verilmir.
Yaponiyanın Milli Meteorologiya İdarəsindən bildiriblər ki, yeraltı təkanlar sunami təhlükəsi yaratmayıb.
Zəlzələnin episentri Oita prefekturasında, ocağı isə 30 kilometr dərinlikdə olub.
Güclü yeraltı təkanlar, Hirosima və Naqasaki də daxil olmaqla, Hönsü adasının cənubunda yerləşən 12 əyalətdə hiss olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.