Nazir qarda yeriyərkən ayaqları sürüşüb və arxası üstə yerə deyib
30-01-2012 / 09:15
FaktXeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıçı, Türkiyənin Rizə şəhərinin Çamlıhemşin mahalında 5-ci qardan adam şənliyində iştirak edib. Nazir qarda yeriyərkən ayaqları sürüşüb və arxası üstə yerə deyib.
Nazir, cangüdənləri tərəfindən ayağa qaldırılıb. Qar adam şənliyində çıxış edən nazir Həyati Yazıçı bildirib ki, Türkiyə dünyanın ən gözəl coğrafiyasında yerləşir. Rizə Türkiyədə ən gözəl şəhərlərdən biridir. Bu gözəllik heç bir yerdə yoxdur. Türkiyədə ildə 250 min nəfər xizək sürmək üçün xaricə gedir. Bizim bu qədər gözəl məkanlarımız varkən vətəndaşlarımız niyə xaricə getsinlər?
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.