İngiltərə polisi "The Sun" qəzetinin ofisində axtarış aparıb
30-01-2012 / 08:58
FaktXeber.com İngiltərə mətbuatına istinadən xəbər verir ki, İngiltərə polisi “The Sun” qəzetinin ofisində axtarış aparıb. Redaksiyada olan 4 jurnalist həbs edilib. “The Sun” qəzetinin rəhbəri Rupert Murdoçun sahibi olduğu “News Corporation” qrupuna aid olan və İngiltərənin ən yüksək tirajlı qəzeti “The Sun”, sensasion xəbər yaymaqda və polisə rüşvət verməkdə ittiham olunur.
İngiltərə mətbuatında gedən xəbərlərdə, həbs olunan dörd jurnalistin “The Sun” qəzetinin xəbər rəhbəri Kris Faro, redaktoru Mayk Sullivan, sabiq redaktor köməkçisi Ferqus Şanahan və sabiq redaktoru Qraham Dudman olduğu bildirilib.
Qeyd edək ki, bu əməliyyat çərcivəsində ümumilikdə 28 nəfər həbs edilib ki, onların böyük əksəriyyəti qəzetin əməkdaşlarıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.