Partiyanın 9 nəfərlik Mərkəzi Seçki Qərargahı da yaradılıb
30-01-2012 / 08:18
Bu gün Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib. Partiyadan FaktXeber.com-a daxil olan məlumata görə, sessiyada Qaya Əliyev KXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini vəzifəsinə təsdiq olunub.
KXCP Ali Məclisinin “İnsan haqları və demokratiya” komissiyasının tam tərkibinin formalaşdırılması isə Ali Məclis rəhbərliyinə tapşırılıb.
KXCP Ali Məclisinin “Sosial iqtisadi siyasət” komissiyasına isə Şahin Vəliyev təsdiq olunub.
Partiyanın 9 nəfərlik Mərkəzi Seçki Qərargahı da yaradılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.