Təkcə Bakıda küçələrin qardan təmizlənməsinə 350 texnika cəlb edilib
28-01-2012 / 15:42
FaktXeber.com-un verdiyi məlumata görə, qarlı və şaxtalı hava şəraiti paytaxtın yollarında nəqliyyat vasitələrinin sərbəst hərəkətini məhdudlaşdırıb. Sürücülər şaxtalı hava şəraitində avtomobili idarə etməkdə çətinlik çəkirlər. Yolların sürüşkən olması üzündən marşrutların interval uzanıb.
Paytaxtda apardığımız müşahidələr zamanı bəzi yollarda qarın təmizləndiyini müşahidə etdik. Yolların buz donması nəqliyyat qəzalarının baş verməsi ehtimalı artır.
Ancaq "Azəryolservi" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin FaktXeber.com-a verdiyi açıqlamaya görə, gecə saatlarından qurum gücləndirilmiş iş rejiminə keçib: “Bütün respublika əhəmiyyətli və mərkəzi yollara qum və duz səpilib, yollarda buzlaşma olsa da bütün yollar açıqdır. Bakıda 350-yə yaxın texnika çalışır. Ölkənin regionlarında isə yolların təmizlənməsi üçün 700 texnika cəlb olunub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.