İNTERPOLUN AXTARDIĞI 3 TÜRKİYƏ VƏTƏNDAŞI RUSİYADA HƏBS EDİLDİ
28-01-2012 / 15:33
FaktXeber.com-un verdiyi məlumata görə, Rusiya Federasiyasının Adıgey Respublikasında 2007-ci ildən bu yana İnterpol vasitəsilə qırmızı bülletenlə axtarılan üç Türkiyə vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, şübhəlilər narkotik istehsalı və qaçaqmalçılığı cinayət ilə axtarılırmış.
Tutulan hər üç türk 2000-ci ilin iyununda öz ölkələrində istifadə edilməyən köhnə bir fabrikdə heroin istehsalı laboratoriyası yaradıblarmış. Şübhəlilər bu gizli yerdə təxminən 150 kiloqram heroin hazırlayaraq İtaliyaya aparıblarmış. 2001-ci ilin fevralında Türkiyə kəşfiyyatı əməliyyat nəticəsində gizli laboratoriyanı dağıdıblar. Şəbəkə üzvləri isə mühakimə olunmaqdan qaçmağı bacarıblar. Qeyri-qanuni yollarla narkotik satışını təşkil etdikləri üçün şəbəkə üzvlərinin hər birinə qiyabi şəkildə 18,9 il həbs cəzası verilib. 2007-ci ildən bu yana isə şübhəlilər İnterpol vasitəsilə beynəlxalq qırmızı bülletenlə axtarışa verilib.
Saxlanılan şəxslərin ikisinin 45, birinin isə 46 yaşı var.
Rusiya təhlükəsizlik qüvvələri adı açıqlanmayan şübhəlilərin Rusiyada başqa cinayət hadisələri törədib-törətmədiklərini araşdırırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.