TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ TƏƏCCÜBLÜ AÇIQLAMA VERDİ
"NATO nə Rusiyaya, nə də ki İrana qarşı deyil"
28-01-2012 / 14:53
FaktXeber.com-un Verdiyi məlumata görə, Türkiyənin XİN rəhbəri Əhməd Davutoğlu, NATO-nun raket əleyhinə müdafiə sisteminin Rusiya və İrana istiqamətlənmədiyini söyləyib. Moskvaya səgəri zamanı "İnterfaks" agentliyinin xarici siyasət müxbiri Andrey Baranovskiyə müsahibə verən Davutoğlu, Rusiya-Türkiyə əlaqələri, Ankaranın Suriya və İranla bağlı mövqelərinə aydınlıq gətirib.
Rus müxbirin "Suriya lideri Bəşşar Əsədin iqtidarda qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Davutoğlu, "onun iqtidarda qalıb-qalmayacağına bizdən çox Suriya xalqı qərar verəcək. Lakin indi Suriya xalqına bu barədə qərar vermək haqqı verilmir. Bu gün təzyiqlər dayandırılmalıdır. Bizim mövqeyimiz belədir: tam təhlükəsizlik və islahatlar lazımdır.
İranla əlaqədar son hadisələri də qiymətləndirən Davutoğlu, "İranla əlaqələrimiz çox yaxşıdır və biz Tehranla "5+1" formatındakı görüşlərinin başladılması üçün çox səy göstəririk. Türkiyə bu mövzunun sülhsevər həllini tapmaq üçün səylərini davam etdirəcək. Təbii ki, BM Təhlükəsizlik Şurasının qərarları hüquqi cəhətdən zəruridir, lakin birtərəfli digər sanksiyalar zəruri deyil və Türkiyə ilə İran arasındakı iqtisadi əlaqələr beynəlxalq hüquq çərçivəsində davam etdiriləcək" şəklində danışıb.
Rus müxbirin, "Türkiyə NATO üzvüdür. İttifaq isə Avropada qurulmaqda olan RƏM sisteminin əsas hədəfinin İran olduğunu gizlətmir. Türkiyə bu mövqeyə yaşıl işıq yandırırmı" sualına XİN rəhbəri, ""NATO gizlətmir" deyəndə, nəyi nəzərdə tutursunuz? NATO-nun heç bir sənədində RƏM sisteminin konkret olaraq hər hansı bir ölkəyə qarşı qurulduğundan bəhs edilmir. Bu barədə hər hansı bir NATO nümayəndəsini dəaçıqlamasını eşitməmişəm. Biz də Türkiyə olaraq belə bir təhdidi görmürük. Və həmçinin Türkiyə üçün qonşularımızdan qaynaqlanan heç bir təhdidi görmürük" cavabını verib. Müxbirin, "bəs Avropanın digər ölkələri üçün nə deyə bilərsiniz" sualına Davutoğlu, "bu mövzuda qərar verəcək ölkə və ya qurum biz deyilik, lakin biz özümüz üçün bir təhdid görmürük. NATO nə İrana, nə də Rusiyaya qarşı, heç bir ölkəyə qarşı deyil" deyib.
Qeyd edək ki, Əhməd Davutoğlunun bu açıqlaması analitiklər tərəfindən heç dəbirmənalı qarşılanmır və bildirilir ki, NATO-nun və onun təmsil etdiyi ölkələrin son zamanlar Rusiya və İranla apardıqları "Soyuq müharibə" göz qabağındadır və bunu gizlətmək, ya da rəsmi şəkildə bəyan etməyə ehtiyac da yoxdur. Qurulacaq RƏM sisteminin isə sözügedən hər iki ölkə üçün planlaşdırıldığı şübhəsizdir. Əgər Davutoğlunun söylədiyi kimi, doğrudan da bu ölkələrdən təhlükə gözlənmirsə, onda bu sistemin qurulması üçün bu qədər mübarizə aparılmasının mənası başadüşülən deyil.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.