AZƏRBAYCANDA ŞAXTALI VƏ QARLI HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK
Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək
28-01-2012 / 11:02
FaktXeber.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək. Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Azərbaycanın rayonlarında yanvarın 29-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Məlumata görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.
Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək.
Yanvarın 31-də yenidən havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək. Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.