Ermənistan Ordusu cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəsi pozub
28-01-2012 / 10:49
Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-də saat 20:35-dən 20:45-dək və 21:00-dan 21:20-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Qaralar və Muncuqlu kəndlərində, saat 15:45-dən 15:55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16:10-dan 16:20-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20:55-dən 21:05-dək, 23:30-dan 23:40-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 16:15-dən 16:35-dək, 16:45-dən 17:05-dək və yanvarın 28-də saat 03:30-dan 03:45-dək Tərtər rayonunun Göyarx, Nəmirli və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.