BİL GEYTS STİV COBSA ÖLÜMÜNDƏN ƏVVƏL MƏKTUB YAZIBMIŞ
Cobsun həyat yoldaşı Lora məktubu balışının yanında tapıb
27-01-2012
Faktxeber.com-un verdiyi məlumata görə, Apple kompaniyasının əsasını qoyan Stiv Cobs ölümündən qabaq rəqibi Bill Geytsdən gələn məktubu oxuyurmuş.
Cobsun həyat yoldaşı Lora məktubu balışının yanında tapıb.
Ehtimal ki, ömrünün son dəqiqələrində dəfələrlə həmin məktub oxuyub.
Məktubun mövcudluğunu Geytsin özü də təsdiqləyib.
Microsoft kompaniyasının rəhbəri London məktəblərinin birində görüş zamanı Cobsun ölümündən qabaq vida məktubu göndərdiyini təsdiqləyib. Bununla belə, o bu addımı barışıq üçün atmadığını deyib: «Biz sağlam rəqabət aparırdıq, ancaq düşmən deyildik».
Geytsin sözlərinə görə, məktubda Cobsa kompüter texnologiyası sahəsində elədikləri və Apple kimi kompaniya yaratdığı üçün özü ilə qürur duya biləcəyini yazıb.
Bill Geqts məktubunda həmçinin Stivin ailəsi ilə tanış olmaqdan məmnuluğu da ifadə edib.
Cobsun həyat yoldaşı öz növbəsində Geytsdən xahiş edib ki, «The Time»nin sabiq redaktoru Uolter Ayzeksonun yoldaşı haqqında yazdığı bioqrafiyanı oxumasın. Loranın sözlərinə görə, kitabda rəqəmsal eranın iki dahisinin əlaqələri təhrif olunmuş şəkildə verilib: «Bioqrafiyada Apple-nin rəhbəri rəqəmsal dünyanın dühasından çox, öz qəribə hərəkətləri və həyat baxışları ilə fərqlənən zalım kimi təqdim edilib».