TÜRKİYƏDƏ YAŞAYAN AZƏRBAYCANLI QADININ QARANLIQ HƏYATI
Türkiyənin Bodrum şəhərində evlənən azərbaycanlı qadın, Türkiyə vətəndaşlığına qəbul edilmədiyi üçün 8 ildir deportasiya edilmək qorxusu ilə yaşayır
27-01-2012
FaktXeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2002-ci ildə istirahət üçün dostları ilə birlikdə Türkiyənin Bodrum şəhərinə gedən Günəş burada kafede bir oğlanla tanış olub. Kafedə administrator işləyən 45 yaşlı Ziya Teyfura aşiq olub, onunla evlənən 38 yaşlı azərbaycanlı Günəş Əbdürrəhmanova, Türkiyə vətəndaşlığına qəbul edilmədiyi üçün 8 ildir deportasiya qorxusu ilə yaşayır.
Günəş Əbdürrəhmanova bildirir ki, 2004-cü ildə Ziya ilə evlənib, ailə qurduq. Türkiyə vətəndaşı olmaq üçün müraciət etmişəm. Amma hələ də məni vətəndaşlığa qəbul etmirlər. Deportasiya olunmaq qorxusu ilə yaşayıram. Türk bayrağı altında bu torpaqlarda yaşamaq istəyirəm. Türk vətəndaşlığı üçün Daxili İşlər Nazirliyi və Miqrasiya idarəsinə müraciət etdim. Ancaq mənə müsbət cavab vermədi.
Günəş Əbdürrəhmanova həmçinin qeyd edib ki, türk vətəndaşı ola bilmək üçün hər altı ayda bir 370 lirə ödəyirəm. Hər dəfə də məndən nə vaxt qayıdacağım barədə soruşurlar.
Ziya Teyfur isə həyat yoldaşı Günəşə türk vətəndaşı olacağı və deportasiya edilmək qorxusu olmadan yaşayacaqları günləri səbirsizliklə gözlədiklərini söyləyib.