“Borçalı” İctimai Cəmiyyəti növbəti toplantısını keçirib. Bu barədə Faktxeber.com-a təşkilatdan məlumat verilib. Toplantıda Gürcüstan Respublikasının Qaraçöp kəndində torpaq hüququ pozulmuş kənd sakinləri ilə görüşmək üçün Bakıdan Qaraçöpə ezam olunmuş Mahmud Alıyevin çıxışı dinlənilib, problemlərlə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın günlərdə “Borçalı” İctimai Cəmiyyətinin üzvlərindən bir qrupu Gürcüstanda torpaq hüququ pozulmuş soydaşlarımızın hüquqlarını qorumaq məqsədi ilə yenidən Qaraçöpə ezam olunsunlar. Müdafiə Komitəsinin yaradılması istiqamətində konkret addımlar atılsın.
Toplantıda “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, İdarə Heyətinin üzvləri Z.Hüseynov, H.Yadigarov, Qaraçöp El Məclisinin sədri S.Murğuzlu, üzvlər B.Əhmədov, D.Eyyubov, Ə.Hüseynov, M.Cəfərov və s. iştirak ediblər.