Faktxeber.com-un verdiyi məlumata görə, Baki şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yol qəza hadisəsi baş verib. Şahidlərin bildirdiyinə görə, "KaMAZ" markalı yük maşını Koroğlu Rəhimov küçəsindən Təbriz küçəsinə dönərkən yolların buz bağlaması səbəbindən sürüşərək keçidin kənarındakı baryerə çırpılıb.
Hadisə zamanı xəsarət alan olmayıb, araşdırma aparılır.