"Rusiyalı gəlinlər, türk ailə sisteminə çox uyğundur"
27-01-2012
FaktXeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Davutoğlu ötən gün Rusiya xarici işlər naziri Lavrovla görüşmüşdü. Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun gündəmində siyasi əlaqələrlə yanaşı ictimai əlaqələr də olub.
Türkiyənin "Milliyyet" qəzetinə açıqlama verən Davutoğlu "Rusiyalı gəlinlərin sayının artmasını istəyirəm", - deyib. Davutoğlu açıqlamasında bildirib:
"RUS GƏLİNLƏR YAXŞIDIR"
Rusiyada yaşayan təxminən 30 min türk və Türkiyədə get-gedə artan rusiyalı gəlinlər diqqətimizdədir. Bu mövzu iki ölkə baxımından da əhəmiyyətlidir. Rus gəlinlərin sayının artmasını istəyirəm. Rusiya ilə vizanı 30 gün müddətinə uzatmışıq. İndi bu müddəti 60 gün etmək istəyirik. Bu mövzunu həmkarım Lavrovla müzakirə etdik.
NÜMUNƏ EVLİLİK
Xarici işlər naziri Davutoğlu, türk-rus evliliklərinin uyğunlaşmasını vurğuladıqdan sonra bildirib ki, mənim məsləhətçim Gürcanın həyat yoldaşı da rusdur. Çox gözəl bir nümunədir, xoşbəxtdirlər.