Azərbaycanda istirahət günləri üçün gözlənilən hava şəraitini açıqlanıb
27-01-2012 / 14:34
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və proqnozlar bürosundan FaktXeber.com-a verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin 15-20 m/saniyədən arabir 23-28 m/saniyəyədək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.
Yanvarın 29-da paytaxtda az qar yağacağı, günün 2-ci yarısında yağıntıda qısa müddətli fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlədə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Mərkəzi Aranda gecə 3-8 dərəcə, gündüz 0-3 dərəcə şaxta, dağlarda və dağətəyi rayonlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta müşahidə olunacaq.
Yanvarın 29-da qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətli fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 4-9 dərəcə, gündüz 0-4 dərəcə şaxta, dağlıq və dağətəyi rayonlarda gecə 12-17 dərəcə, gündüz 3-8 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.