Faktxeber.com-un verdiyi məlumata görə, dünən gecə yerli vaxtla saat 21,00-da səsboğucu və avtomatla silahlanan üç nəfər maskalı şəxs Nalçikdə orta məktəbin idmanı zalına soxulublar.
Bu zaman məktəbin idman zalında 7 nəfər voleybol oynayırmış. Canilər onların əl –qolunu bağlayandan sonra birinin boğazını kəsiblər.
Artıq ölənin 27 yaşlı hərbi leytenant Denis Nikolayev olduğu məlum olub. O, Nalçikdə hərbi hissədə xidmət edirmiş.
Hüquqmühafizə orqanlarından verilən məlumata görə, canilərin əlində həmin günü məktəbdə polislərin volreybol olacağı barədə məlumat olub.
Hadisə ilə əlaqədar olaraq cinayət işi qaldırılıb. Polis qatillərin axtarışını aparır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.