1945-ci ildə Koloradoda Mayk adlı xoruz, başının kəsilməsinə rəğmən 2 il yaşaya bilib
27-01-2012 / 14:12
FaktXeber.com xəbər verir ki, Loyd Olsansa adlı təsərrüfatçı, qayınanası üçün qızartmaq məqsədli xoruzun başını kəsib, lakin xoruz buna baxmayaraq ayağa qalxıb normal həyat funksiyalarını davam etdirib.
Xoruzun bir həftə başsız yaşadığını müşahisdə edən Olsansa, onu mütəxəssislər tərəfindən araşdırılmaq üçün universitetə aparıb.
Araşdırmalar nəticəsində məlum olub ki, balta xoruzun şahdamarını kəsməyib və normal funksiyaların yerinə yetirilməsi üçün lazım olan onurğa beyini heç bir zədə almayıb.
Olsansa xoruzu qidalandarmaq üçün açıq olan yemək borusuna qidanı damla şəklində ötürürmüş.
Qeyd edək ki, Mayk adlı bu xoruz iki il yaşayıb və dünyanın ən tanınmış ən qeyri-adi heyvanları sırasında yer almışdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.