NSS-14 kosmik apparatı ilə birlikdə "Proton-M" raket daşıyıcısının uçuşu sabaha təyin olunsa da, texniki səbəblərdən qeyri-müəyyən vaxta qədər təxirə salınıb
27-01-2012 / 13:54
Faktxeber.com-un verdiyi məlumata görə, Roskosmos iki kosmik aparatın uçuş vaxtını təxirə salıb.
NSS-14 kosmik apparatı ilə birlikdə «Proton - M» raket daşıyıcısının uçuşu sabaha təyin olunsa da, texniki səbəblərdən qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, holland peykinın uçuşu artıq ikinci dəfədir ki, gecikdirilir. Bundan əvvəl uçuş ötən ilin dekabrına təyin olunmuşdu.
Bu gün mütəxəssislər «Proton-M» raketini uçuş –start meydanından düşürdərək montaj-sınaq korpusuna aparmalıdırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.