Sənayə bankdan FaktXeber.com-a verilən məlumata görə, «Azərbaycan Sənaye Bankı» ASC-nin ötən ilin 31 dekabr tarixi ilə müqayisədə aktivlərinin həcmi 19% artaraq 155,0 mln. manat təşkil edib. Hesabat ilində bankın kredit portfeli 79% artaraq 133,4 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 111% artaraq 83,3 mln. manat, depozit portfeli 5% artaraq 83,0 mln. manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı 36% artaraq 39.141 nəfərə, plastik kartlarının sayı isə 30% artaraq 20.984 ədədə çatıb.
Ötən il bankın cəmi gəlirləri 47% artaraq 18,4 mln. manat, cəmi xərcləri 29% artaraq 14,7 mln. manat olub. Nəticədə, bankın xalis mənfəəti 3,7 mln. manat təşkil edib.
Bu müddət ərzində bankın məcmu kapitalı 10% artaraq 28,6 mln. manata, o cümlədən nizamnamə kapitalı 9% artaraq 24,0 mln. manata çatıb.
Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə yaradılıb. Bankın ölkə üzrə 9 filialı, 1 şöbəsi, 35 bankomatı və 337 POS-terminalı fəaliyyət göstərir.
Leyla Tağızadə