Qurum, ABŞ-ın Türkiyədə yeni baza yarada bilməsi üçün Türkiyənin icazəsinin lazımlığını bildirib
27-01-2012 / 12:37
FaktXeber.com-un verdiyi məlumata görə, Amerikanın tanınmış qəzetlərindən biri olan "Wall Street Journal" ABŞ-ın əsgər sayını azaltmaq planı daxilində, ''pilotsuz təyyarə istifadəsini və xüsusi birliklərin sayını artıracağını, bu çərçivədə ABŞ-ın hərbi səlahiyyətlilərinin Türkiyə və İordaniyanın şərqində yeni xüsusi əməliyyat bazalar yaradılması mövzusunu araşdırdıqlarını'' iddia edib.
Müdafiə Nazirliyindən olan bir səlahiyyətli isə "Wall Street Journal"dakı xəbərlə əlaqədar bu istiqamətdə hər hansı məlumatın olmadığını söyləyərək, onsuz da belə bir bazanın inşası üçün Türkiyə hökumətinin icazəsinin lazım olduğunu vurğulayıb.
Səlahiyyətli terrorla mübarizə sahəsində Türkiyə ilə ABŞ-ın daim sıx əlaqələr saxladığını da əlavə edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.