BQXK NÜMAYƏNDƏLƏRİ ƏSİR DÜŞMÜŞ ƏSGƏRİMİZLƏ GÖRÜŞÜB
BQXK nümayəndələri əsir götürülmüş azərbaycanlı hərbi əsirə baş çəkiblər
27-01-2012 / 12:35
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi əsirə baş çəkiblər.
Bu barədə FaktXeber.com-a BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova bildirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.