PAKİSTANDA HƏRBİ AKADEMİYADAN ATƏŞ SƏSLƏRİ EŞİDİLİB
Akademiyanın binasında naməlum şəxslər reaktiv qumbaraatandan atəş açıblar
27-01-2012 / 12:28
Faktxeber.com-un verdiyi məlumata görə, Pakistanın Abbotabad şəhərində hərbi akademiyanın binasında naməlum şəxslər reaktiv qumbaraatandan atəş açıblar.
Hüquqmühafizə orqanları binanın divarının zədələndiyini deyiblər, xəsarət alan yoxdur.
Qeyd edək ki, Akademiya Usama bin Ladenin öldürüldüyü yerin yaxınlığında yerləşir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.