BRİTANİYANIN MÜDAFİƏ NAZİRLİYİ DAHA 3 MİN MÜLKİ PERSONALDAN İMTİNA EDƏCƏK
Ümumilikdə cari on illikdə hərbçilər 30 min vəzifəni ixtisara salmağı planlaşdırıb, bu da mülki personalın 1/3-i deməkdir
27-01-2012 / 11:46
Faktxeber.com-un verdiyi məlumata görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi 2015-ci ilə qədər ixtisarlaşdırılması düşünülən mülki personal üçün vəzifələrin sayını artırmaq niyyətindədir.
İndiyə qədər nazirlik 25 min pozisiyanı bağlamaq niyyətində idi, lakin KİV-də yayılan məlumata görə bura daha 3 min əlavə edilir.
Ümumilikdə cari on illikdə hərbçilər 30 min vəzifəni ixtisara salmağı planlaşdırıb, bu da mülki personalın 1/3-i deməkdir.
Qeyd edək ki, Nazirlik öz büdcəsini ixtisar eləmək üçün bir çox vəzifələri ləğv edir.
Xatırdadaq ki, dünən ABŞ müdafiə naziri Leon Panetta Amerika ordusunda və dəniz piyadalarında sayın 100 min nəfərə qədər azalacağını bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.