RUSİYA "İSKƏNDƏR" RAKETLƏRİNİ AVROPA SƏRHƏDLƏDİNDƏ QURMAĞA BAŞLADI
Rusiya ABŞ-ın Avropada yerləşdirməkdə olduğu RƏM sisteminə cavab olaraq hərəkətə keçib
26-01-2012 / 17:56
FaktXeber.com-un Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Hava Qüvvələrinin Baltik Qərargahından verilən məlumata görə, artıq bu ölkə “İskəndər” raket qurğularını Avropanın şimal şərqində-Kalininqrad ətalətində yerləşdirməyə başlayıb. Qurğuların quraşdırılması ilin ortalarına kimi başa çatacaq. Bundan öncə Ruisya prezidenti Dmitri Medvedev bildirmişdir ki, əgər bu ölkə və Amerika arasında RƏM sisteminin yerləşdirilməsi ilə əlaqədar hər hansı müsbət bir nəticə əldə olunmazsa, Rusiya buna cavab olaraq özünün “İskəndər” raketlərini Avropanın sərhədlərində yerləşdirəcək.
Baltik Hava Qüvvələri Qərargahı açıqlmasında, texnologiya baxımından dünyanın ən müasir raketi sayılan “İskəndər” raketlərinin iş qabiliyyətini daha artırmaq və onlardan müdafiə etmək üçün yeni tipli “C-400 Triumf” havadan müdafiə raket sistemini artıq Kalininqrad əyalətində yerləşdirdiklərini bildirib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.