"ƏN OPERATİV MƏTBUAT XİDMƏTİNİN MÜƏYYƏN EDİLMƏSİ" REYTİNQ SORĞUSUNA BAŞLANILIB
Sorğu "KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri" adlı layihə çərçivəsində aparılır
26-01-2012 / 17:54
Söz Azadlığını Müdafiə Fondu (SAMF) “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihə çərçivəsində “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi” məqsədilə reytinq sorğusuna başlayıb.
SAMF-ın nümayəndəsi sorğunun keçirilməsində məqsədin üzərlərinə düşən həssas və məsuliyyətli vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələri aradan qaldırılması olduğunu bildirib.
500 media təmsilçisi arasında aparılacaq rəy sorğusunun nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.