ÇAĞIRIŞÇILARIN HƏRBİ XİDMƏTDƏN ƏSASSIZ AZAD EDİLMƏLƏRİ FAKTLARI AŞKAR EDİLİB
Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başladılıb
26-01-2012 / 17:11
Faktxeber.com-dan verilən məlumata görə, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən kollegiya iclasında Respublika Hərbi Prokurorluğu tərəfindən korrupsiya ilə bağlı 84 fakt üzrə cinayət işi başladıldığını bildirib.
O, hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı respublikanın bir neçə rayon hərbi komissarları barəsində cinayət işləri başlanıldığı bildirib: «Həmin cinayət işlərindən Bakı şəhər Suraxanı, Xətai rayon hərbi komissarlıqları, həmçinin Cəlilabad və Ağdam rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində aparılan cinayət işləri üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, Binəqədi rayon, Sumqayıt şəhər və Gəncə şəhər Nizami rayon hərbi komissarlıqlarının vəzifəli şəxsləri barəsində başlanmış cinayət işləri üzrə istintaq isə yekunlaşma mərhələsindədir».
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.