Təmirlə əlaqədar rayonun qaz təchizatında məhdudiyyətlər yaranacaq
26-01-2012 / 16:33
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, Salyan rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Təmir işləri ilə əlaqədar sabah 27 yanvar tarixində saat 09:00-dan 16:00-dək “Salyan-Əhali” qovşağından Salyan rayonuna gedən orta təzyiqli kəmərdə qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Salyan şəhəri daxil olmaqla, rayonun Aşağı Kürkənd, Çuxanlı və Qaraqaşlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.